İQTİSADİYYAT


“Azəriqaz”: Son bir ildə abonent sayında 42 min artım qeydə alınıb

“Azəriqaz”: Son bir ildə abonent sayında 42 min artım qeydə alınıb

Bakı, 28 yanvar, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

İB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son bir ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını qeyd edib.

Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni, qanunsuz qoşulmalarda da artımın müşahidə olunduğunu deyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib. Şöbə rəisi, həmçinin fərdi evlərə və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub.

Qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyinin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi evlərin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.