İQTİSADİYYAT


“Azəriqaz”: Xidmət sahələrinə daxil olan 1300-dək müraciətin 350-400-ü yeni kartların alınması ilə bağlıdır

Bakı, 13 sentyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrinə daxil olan 1300-dək müraciətin 350-400-ü yeni kartların alınması ilə bağlıdır.

Birlikdən AZƏRTAC-a bildirilib ki, ötən həftə smart kart tipli sayğacların kartlarının verilməsi zamanı “ASAN Kommunal” mərkəzlərində müşahidə olunan abonent sıxlığı görülən operativ tədbirlər nəticəsində xeyli stabilləşib. Artıq böyük növbələr qeydə alınmır. Əgər ötən həftə gün ərzində “ASAN Kommunal” mərkəzləri və “Azəriqaz” İstehsalat Birliyinin xidmət sahələrinə daxil olan 1500-dək müraciətin əksəriyyəti kartların alınması ilə bağlı olurdusa, hazırda gündəlik 1300-dək müraciətin cəmi 350-400-ü yeni kartların alınması barədədir.

Bu həftə də birliyin mühəndisləri Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində səhər saat 09:00-dan 18:00-dək həftənin 7 günü xidmətlərini davam etdirirlər. Bundan başqa, bazar günü abonentlər “Azəriqaz”ın Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24-də yerləşən inzibati binasına da müraciət edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.