İQTİSADİYYAT


“Azəriqaz” abonentləri Çağrı mərkəzinin fəaliyyətini qiymətləndirib

Bakı, 4 avqust, AZƏRTAC

“QBS Consulting” MMC abonentlər arasında “Azəriqaz” İB-nin “104/185” Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı sorğu keçirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, sorğuda iştirak edən vətəndaşlar əsasən Çağrı mərkəzində xidmət göstərən əməkdaşların problemin həllinə reaksiyası, operativliyi, problemin həlli üçün yönləndirmələri və əməkdaşlar tərəfindən əks əlaqənin yaradılması istiqamətində fəaliyyətlərini qiymətləndirib.

Qaz təchizatı ilə bağlı “Azəriqaz”ın “185” Çağrı mərkəzinin fəaliyyətinin qiymətləndirilməsində paytaxtdan fərqli olaraq regionlarda müraciət edən vətəndaşlar arasında əməkdaşların problemin həllinə reaksiyası/operativliyi, problemin həlli üçün yönləndirilmələri və əməkdaşlar tərəfindən əks əlaqənin yaradılmasından narazı olanların xüsusi çəkisi nisbətən yüksək olub.

Bakı şəhəri üzrə “104” Çağrı mərkəzinə müraciət edən 900 abonent və regionlar üzrə (185) 450 abonent seçilməsinə baxmayaraq “Asan xidmət” və “Asan Kommunal” mərkəzlərinə müraciət edən vətəndaşlar da olduğu üçün suallar ümumilikdə 1914 nəfər tərəfindən cavablandırılıb ki, bunun da 1361 nəfəri Bakı şəhərinin, 553 nəfəri isə regionun payına düşüb.

Sorğu anketində müraciət edən şəxslərdən Çağrı mərkəzi fəaliyyətinin müxtəlif kriteriyalar üzrə qiymətləndirilməsi istənilib. Ümumilikdə müraciət edən abonentlər Çağrı mərkəzinin fəaliyyətini müsbət qiymətləndirsələr də, bəzi sahələrdə narazılıq digərlərinə nisbətən daha çox olub. Məsələn, abonentlərin 8 faizi Çağrı mərkəzinə düşməkdə çətinlik çəkməsindən, 10 faizi isə xətdə gözləmə müddətindən narazı qaldığını qeyd edib. Ən yaxşı qiymətləndirilən sahələr isə “104-185” Çağrı mərkəzlərinin əməkdaşlarının dinləmə qabiliyyəti/davranışı suallara cavab vermələri və pozitiv ünsiyyət qurmaları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.