İQTİSADİYYAT


“Azəriqaz” abonentlərindən Birliyin fəaliyyəti haqqında rəyləri soruşulub

Bakı, 9 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmətləri, eləcə də Çağrı mərkəzinin və Qəza xidmətinin əməkdaşları barədə abonentlər arasında sorğu aparan “QBS Consulting” MMC son olaraq Birliyin ümumi fəaliyyəti, yenilikləri, elan və bildirişləri necə əldə etmələri ilə bağlı sorğu keçirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, respondentlərin ümumi düşüncələrinin öyrənildiyi sorğuda rəyi soruşulanların 66 faizi ümumilikdə Birliyin fəaliyyətini yaxşı qiymətləndiriblər.

“Gizli müştəri” qismində Bakı şəhərində yerləşən 1 saylı, 2 saylı və 3 saylı “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz”ın təqdim etdiyi xidmətlərin səviyyəsinin öyrənilməsi üçün “Növbədə orta gözləmə müddəti”; “Əməkdaşın davranışı”; “Əməkdaşın çevikliyi” və “Əməkdaşın bilik və bacarığı” kriteriyaları üzrə “Çox pis”, “Pis”, “Orta”, “Yaxşı” və “Çox yaxşı” olaraq müşahidələr aparılıb. Nəticələr əsasən “Yaxşı” və “Çox yaxşı” olub.

Sorğunun nəticələri göstərir ki, abonentlər “Azəriqaz”ın fəaliyyəti, yeniliklər, elan və bildirişləri ilə bağlı məlumatları əsasən internetdən əldə edirlər: abonentlərin 58 faizinin əsas məlumat mənbəyi internet/sosial mediadır. İkinci yerdə məlumatların dost-tanış vasitəsilə əldə edilməsi durur. Regionlarda məlumat əldəetmədə sosial medianın payı paytaxta nisbətən zəif, əksinə, dost-tanış vasitəsilə məlumat əldəetmə isə yüksək olub ki, bu gözləniləndir.

Respondentlərin “Azəriqaz”ın fəaliyyəti barədə ümumi düşüncələri də öyrənilib. Rəyi soruşulanların 66 faizi qurumun fəaliyyətini ümumilikdə yaxşı, 9 faizi pis qiymətləndirib, 24 faizinin isə münasibəti ortadır. Birliyin fəaliyyətini mənfi qiymətləndirənlərin xüsusi çəkisi regionlarda daha yüksək (17 faiz) olub. Bakıda bu göstərici 7 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.