İQTİSADİYYAT


“Azəriqaz” apreldə əhali sektoru üzrə 6474 yeni abonent qeydiyyata alıb

Bakı, 13 may, AZƏRTAC

Aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6474 yeni abonent qeydiyyata alınıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bundan 4842 abonent Bakı, Abşeron və Sumqayıt, 1632 abonent regionların payına düşür. İlin 4 ayı ərzində qeydə alınan yeni abonentlərin sayı isə 30 min 55 təşkil edir. Beləliklə may ayının 1-nə olan statistikaya görə Azərbaycanda ümumilikdə qazdan istifadə edən əhali qrupu abonent sayı 2 milyon 277 min 298-ə (o cümlədən, 1 milyon 398 min 805 regionlar, 878 493 Bakı şəhəri) bərabərdir.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 619 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5000 kubmetr qaz limiti ayrılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.