İQTİSADİYYAT
“Azəriqaz” beş rayonda “Açıq mikrofon” aksiyası təşkil edəcək
Bakı, 13 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, sosial şəbəkə vasitəsilə abonentlərin Birliyin baş direktoru Ruslan Əliyevə ünvanladıqları qaz təchizatı ilə bağlı müxtəlif növ müraciətləri nəzərə alaraq, növbəti həftə mayın 16-dan 20-dək 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin birinci günü Quba rayonunda (Quba şəhəri, H.Əliyev prospekti, Gənclər Parkı), ikinci günü Qusar rayonunda (Qusar şəhəri, H.Əliyev prospekti Rəsm Qalereyasının həyəti), 3-cü günü Sabirabad rayonunda (Sabirabad şəhəri, Olimpiya İdman Kompleksinin həyəti), 4-cü günü Şirvan rayonunda (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10) və 5-ci günü isə Saatlı rayonunda (Saatlı şəhəri, H.Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı) saat 11:00-dan 12:00-dək baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.