İQTİSADİYYAT


“Azəriqaz” daşqından zərər görən evlərin yerində inşa edilən yeni yaşayış massivini qazlaşdırıb

Bakı, 2 mart, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrinə istehlakçıların təbii qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində 2021-ci ildə də işləri davam etdirir.

Birlikdən AZƏRTAC-a bildirilib ki, 2010-cu ildə Kür çayının daşması nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində zərər görən evlərin əvəzində dövlət tərəfindən inşa edilərək sakinlərə təhvil verilmiş evlərin qazlaşdırılması ilə əlaqədar bu ilin yanvar ayında başlanılan tikinti-quraşdırma işləri başa çatıb. “Gilan evləri” adlanan yeni massivdə mövcud olan 118 fərdi yaşayış evinin 10-u indiyədək sakinlərin öz vəsaiti hesabına qazlaşdırılıb. Digər 108 fərdi yaşayış evindən ibarət yeni yaşayış massivinin qazlaşdırılması üçün 2 pilləli sistem əsasında ümumi uzunluğu 4341 metr olan müxtəlif diametrli yerüstü polad boru ilə qaz xətləri çəkilib. Hər bir fərdi yaşayış evinə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, qaz açılışı təmin olunan “Gilan evləri” massivində Vətən müharibəsində şəhid olan Famil Hicran oğlu Camalzadənin ailəsi də yaşayır. Onların da fərdi yaşayış evi qazla təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.