İQTİSADİYYAT


“Azəriqaz” gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 17 fevral, AZƏRTAC

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan irəli gələrək “Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq.

“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, birliyin bütün müvafiq strukturlarına baş direktor Ruslan Əliyev tərəfindən lazımi tapşırıqlar verilib. Təbii qazın tələbata uyğun düzgün rejimlərdə paylanılması diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. Artıq növbəlilik tətbiq edilib, birliyin aidiyyəti strukturlarında müəyyən sayda əməkdaşlar iş başında olacaq.

Abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı mərkəzinə məlumat versinlər. Bundan başqa, abonentlər (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "WhatsApp" nömrəsinə, sosial şəbəkə ünvanlarına mesajlarını göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.