İQTİSADİYYAT


“Azəriqaz” istehlakçıları kənar müdaxilə hallarından uzaq durmağa çağırır

Bakı, 28 may, AZƏRTAC

2021-ci ildən fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu “Bakı 2010” MTK-nın 11 ildir ki, qeyri-qanuni təbii qazdan istifadə etdiyini aşkarlayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib. Qurum rəsmisi qeyd edib ki, təbii qazdan qeyri-qanuni qoşulmaya görə, Birliyə külli miqdarda zərər dəyib: “Adıçəkilən MTK əvvəlcə təbii qazdan imtina ilə bağlı müraciət edib. Bundan sonra MTK bina sakinlərini müxtəlif formada qazla təmin edib. Binada ümumi olaraq 62 mənzil var ki, neçə mənzilin qeyri-qanuni qoşulmadan istifadə edib-etmədiyi araşdırılır. Araşdırma zamanı MTK-nın səlahiyyətli şəxsləri qeyri-qanuni qoşulma faktını təsdiqləyib. Hazırda dəymiş zərər hesablanır", - deyə şöbə rəisi qeyd edib.

Eldəniz Vəliyev, həmçinin bütün istehlakçılara səslənərək hər bir kəsi dövlət əmlakına ziyan vurmaqdan, qaz təsərrüfatına qeyri-qanuni, kənar müdaxilə hallarından uzaq durmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.