İQTİSADİYYAT


“Azəriqaz” ödənişlərində 17 faizdən çox artım olub

Bakı, 12 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında ödənişlərlə bağlı məlumatı nəzərə çatdırıb.

AZƏRTAC xəbər verir ki, R.Cavadovun sözlərinə görə, yeddi ay ərzində ödəniş səviyyəsi 105,95 faiz olub. Əhali sektoru üzrə 104,55 faiz, qeyri-əhali sektoru üzrə isə 107,01 faiz təşkil edib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə cəmi 17,12 faiz artım olub.

İyulda ödənişlərin ötən ilin müvafiq ayı ilə müqayisədə 5,06 faiz artım qeydə alınıb.

R.Cavadov nəticənin yaxşı olduğunu bildirib və abonentlərə xüsusi təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.