İQTİSADİYYAT


“Azəriqaz”: ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-dir

Bakı, 10 iyul, AZƏRTAC

İyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb ki, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 min 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, iyulun 1-nə “Azəriqaz” İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olub. 881 min 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kubmetr həcmində limit ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.