İQTİSADİYYAT


“Azəriqaz” ötən ilə yekun vurub

Bakı, 14 yanvar, AZƏRTAC

Son tarif dəyişikliyindən sonra limitlər üç qrupa - 1200, 2500 və 2500 kubmetrdən yuxarı bölünür. Ötən il ərzində 52,5 abonent, təxminən 1 milyon 262 min 820 abonent aşağı limit tarifindən, yəni 1200 kubmetrdən istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Baş direktor qeyd edib ki, 1 milyon 443 min abonent 1200 kubmetri keçməyib: “Qaz limitini keçməyən əhali qrupu təxminən 47,5 faizdir. İlin ortasında dəyişiklik olduğuna görə bu rəqəmlər fərqlidir. Belə ki, 1 milyon 142 min 413 abonent sonuncu tariflə, yəni 1200 kubmetri keçməyənlərdir. Bu da 47,5 faiz təşkil edir”.

Görüş zamanı bir sıra mühüm məsələlərə aydınlıq gətirən Ruslan Əliyev 2021-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin 7,52 milyard kubmetr təbii qaz qəbul etdiyini açıqlayıb. Birlik rəhbərinin sözlərinə görə, bu, 2020-ci illə müqayisədə 774 milyon kubmetr və yaxud 11,5 faiz çoxdur.

“Ötənilki həcm əvvəlki illərlə müqayisədə ən çox qəbul edilmiş həcmdir. Bunun 5,43 milyard kubmetri əhaliyə, 2,1 milyard kubmetri isə sənaye müəssisələrinə satılıb”, - deyə Ruslan Əliyev media nümayəndələrinin diqqətinə çatdırıb.

Ruslan Əliyev KİV nümayəndələri ilə bərabər vətəndaşların sosial şəbəkələr üzərindən ünvanladıqları sualları da cavablandırıb. Bundan əlavə, baş direktor birlik yanında yaradılan İctimai Şura üzvlərinin fəaliyyətini yüksək dəyərləndirdiyini bildirərək şura üzvlərinə təşəkkür edib. Həmçinin Ruslan Əliyev şəffaf və operativ şəkildə çalışmalar üçün “Azəriqaz” İB tərəfindən onlara istənilən şəraitin yaradıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.