İQTİSADİYYAT


“Azəriqaz” qaz təchizatına daha bir qanunsuz müdaxilə halı aşkarlayıb

Bakı, 12 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları qaz təchizatından qanunsuz istifadə, özbaşına şəkildə müdaxilə halı aşkarlayıblar.

İB-dən AZƏRTAC-a bildirilib ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib. Bununla vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir və nəticələrinin ağır olacağının fərqində deyil, kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir. Sözügedən məsələ ilə bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib.

“Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.