İQTİSADİYYAT


“Azəriqaz” qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Bakı, 30 iyul, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar qarşıdakı 4 qeyri-iş günündə gücləndirilmiş rejimdə çalışacaq.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bununla bağlı “Azəriqaz”ın məsul şəxslərindən ibarət növbəlilik sistemi yaradılıb. Müştəri xidmətləri üzrə müraciətlər Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində qəbul olunacaq. Hər 3 xidmət sahəsində 31 iyul, 1 və 3 avqust tarixlərində səhər saat 10:00-dan 16:00-dək, yalnız avqustun 2-də səhər saat 10:00-dan saat 14:00-dək xidmətlər təqdim olunacaq. Əsasən itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və digər ən zəruri xidmətlər göstəriləcək ki, abonentlərin qaz təchizatında hər hansı problem yaşanmasın.

Bundan başqa “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət”i də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 104/185 saylı Çağrı mərkəzinin əməkdaşları çalışacaqlar ki, daxil olan müraciətlər operativ şəkildə müvafiq istiqamətlərdə icraya yönəldilsin. Eyni zamanda (+994 77) 3 104 104 saylı daim aktiv olan "WhatsApp" nömrəsinə də yazılı, görüntülü, səsli mesajlarınızı göndərə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.