İQTİSADİYYAT
“Azəriqaz” qeyri-iş günlərində smart kartların verilməsi ilə əlaqədar xidmət göstərəcək
Bakı, 24 avqust, AZƏRTAC
Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İB-nin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələri zərurəti yaranıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün Birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]