İQTİSADİYYAT


“Azəriqaz” rəhbərliyi Siyəzəndə sahibkarları maraqlandıran sualları cavablandıracaq

Bakı, 17 yanvar, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Siyəzən rayonunda təşkil ediləcək. Birliyin rəhbər şəxsləri Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi 23 (Siyəzən xidmət sahəsinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Səyyar qəbul otağı yanvarın 19-u saat 11:00-dan 13:00-dək sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.