İQTİSADİYYAT


“Azəriqaz” şəhid ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır

Bakı, 19 yanvar, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır.

İB-dən AZƏRTAC-a bildirilib ki, belə müraciətlərdən biri də 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Arzuman Rüstəmovun ailə üzvləri tərəfindən ünvanlanıb. Bərdə rayonunun Güloğlular kəndində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evində təbii qaz olmadığından şəhid ailəsi bununla bağlı “Azəriqaz” İB-yə müraciət edib. Bu müraciət də cavabsız qalmayıb. Qısa müddət ərzində şəhidin ailəsinin yaşadığı fərdi yaşayış evi təbii qazla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.