REGİONLAR


“Azəriqaz” və “Azərikimya” Sumqayıtda birgə iməcilik keçirib

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin əməkdaşları Sumqayıt şəhəri ərazisində abadlaşdırma və yaşıllıqların salınması məqsədilə birgə iməcilik keçiriblər.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşaması istiqamətində aparılan işlər sırasında yaşıllaşdırma işlərinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu sahəyə xüsusi diqqət yetirilir. Böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik zamanı Etilen-polietilen zavodunun Azot-oksigen qurğusunun qarşısında xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində ümumilikdə 800 müxtəlif ağac növləri əkilib. Ərazidəki mövcud ağac və tinglərə su verilib və dibləri bellənib.

İməcilikdə “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin 100-dən çox əməkdaşı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.