İQTİSADİYYAT


“Azəriqaz”da gənc kadrlarla görüşlər keçiriləcək

Bakı, 27 aprel, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev ona daxil olan müraciətləri nəzərə alaraq qurumun bütün idarələrində çalışan gənc kadrlarla mərhələli şəkildə onlayn görüşlər keçirməyi planlaşdırır.

İB-dən AZƏRTAC-a bildirilib ki, Baş direktor aprelin 29-da saat 12:30-da birliyin hər struktur bölməsindən ali və orta-ixtisas təhsilli bir gənc fəhlə və bir gənc qulluqçu kimi çalışanları dinləyəcək. Onlar üçün yaradılması mümkün olan perspektivlər müzakirə olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.