İQTİSADİYYAT


“Azəriqaz”da növbəti onlayn vətəndaş qəbulu keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Qazax rayonunun, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Şəmkir rayonunun, Baş direktorun satış üzrə müavini Rəşad Cavadov isə Tovuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda təbii qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair Baş direktor və müavinləri Şəmkir Regional Qaz İstismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.