İQTİSADİYYAT


“Azəriqaz”da onlayn vətəndaş qəbulu və sosial şəbəkə üzərindən canlı yayım keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Balakən rayonu, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Zaqatala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Şəki şəhəri sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlər zamanı Vətən müharibəsinin iştirakçısı olan bir neçə qazinin ailəsi təbii qaz çəkilişinə dair müraciət edib. Bundan başqa, qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişlərinə dair müraciətlər də ünvanlanıb. Baş direktor R.Əliyev qaldırılan məsələlərin həlli, xüsusilə də qazi və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Baş direktor Ruslan Əliyev birliyin “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayım da təşkil edib. O, abonentləri maraqlandıran sualları cavablandırıb. Təxminən 40 dəqiqə ərzində 1000-dən çox müraciət daxil olub. Bunların arasında smart-kart tipli sayğacların mexaniki elektron sayğaclarla əvəzlənməsi, qazlaşdırılmasına ehtiyac duyulan yeni massivlər, təbii qazdan aşağı tariflə istifadəyə dair və sair suallar yer alıb. “Azəriqaz”ın baş direktoru belə görüşlərin mütəmadi olacağını, cavablandırılmasına vaxt çatmayan bütün müraciətlərin isə araşdırılacağını deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.