CƏMİYYƏT


“Azəriqaz”da qanvermə aksiyası keçirilir

Bakı, 16 fevral, AZƏRTAC

Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə donor günlərinə başlanılıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, aksiyanın ilk günündə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, İdarəetmə Aparatı və Bakı Regional Qazın Satışı Departamentinin 97 əməkdaşı iştirak edib. Növbəti günlərdə birliyin Bakı Regional Qaz İstismarı Departamenti, Təmir-Tikinti İdarəsi, Anbar Təsərrüfatı və Sumqayıt qaz istismar Sahəsinin əməkdaşları bu xeyirxah aksiyaya qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.