İQTİSADİYYAT
“Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinə doqquz ay ərzində 6251 müraciət daxil olub
Bakı, 14 oktyabr, AZƏRTAC
“Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsində elektron sənəd dövriyyəsi mövcuddur ki, bu da daxil olan müraciətlərin operativ həllinə şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
Şöbə rəisi qeyd edib ki, müraciətlərin hər biri şikayət xarakterli olmayıb: “Cari ilin 9 ayı ərzində 6251 müraciət daxil olub. Bunlardan 1636-sı elektron formada edilib. Müraciətlər təbii qaza görə yaranan borcun araşdırılması, sayğacların əvəzlənməsi, fərdi evlərin, kənd və qəsəbələrin qazlaşması, qaz xətti və sayğacın yerinin dəyişdirilməsi mövzularını əhatə edib”.