REGİONLAR
“Azəriqaz”ın baş direktoru Lənkəran və Astarada qazlaşdırılma işləri ilə tanış olub
Bakı, 30 sentyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunun Digah kəndinin genişlənən hissəsində paylayıcı (küçə) xətlərin çəkilişi işləri ilə tanış olmaq üçün sözügedən kəndə səfər edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, baş direktor işin gedişatı ilə maraqlanaraq ərazidə çalışan Birlik əməkdaşları ilə görüşüb.
Birlik rəhbərinə deyilib ki, ərazinin qazlaşdırılması üçün müxtəlif diametrli 7725 metr uzunluğunda polad borudan istifadə olunacaq və artıq 4280 metr uzunluğunda xəttin çəkilişi yekunlaşıb. Daha sonra Ruslan Əliyev bir qrup Birlik əməkdaşını “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.
Baş direktor Astara rayonunun Səlivə kəndində də görülən işlərlə yaxından maraqlanıb. Kəndin küçə qaz xətlərinin çəkilişi üçün lazım olacaq 15 min 909 metr xəttin 8549 metr hissəsində işlərin yekunlaşdığı vurğulanıb.
Ruslan Əliyev Birlik əməkdaşlarının problemləri ilə də yaxından maraqlanıb. Onlar tərəfindən ünvanlanan bir sıra müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verilib. Bu ünvanda da bir qrup Birlik əməkdaşı “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.