REGİONLAR
“Azəriqaz”ın baş direktoru Yardımlıda qazlaşdırma işləri ilə tanış olub
Bakı, 4 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Yardımlı rayonunun Ostayır kəndində qazlaşdırma işləri ilə tanış olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, ucqar ərazidə yerləşən kənddə görülən işin həcmi böyük olduğundan baş direktor əraziyə əlavə briqadaların ayrılması ilə bağlı tapşırıq verib.
Sonra bir qrup Birlik əməkdaşı “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Kənd sakinləri görülən işlərlə bağlı SOCAR rəhbərliyinə təşəkkür ediblər.
Ruslan Əliyev Çayüzü kəndində də qazlaşdırılma işləri ilə maraqlanıb. Kəndin qazlaşdırılması üçün uzunluğu 13 min 989 metr olan müxtəlif diametrli polad və polietilen borulardan istifadə ediləcək.
Birlik əməkdaşlarının iş şəraiti ilə tanış olan Ruslan Əliyev bir qrup əməkdaşı “Azəriqaz”da faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə fəxri fərman və hədiyyə ilə mükafatlandırıb.