İQTİSADİYYAT


“Azəriqaz”ın bir qrup əməkdaşı mükafatlandırılıb

Bakı, 24 may, AZƏRTAC

İşinə məsuliyyətlə yanaşan, zəhmət çəkən hər bir nümunəvi işçinin əməyi qiymətləndirilir. Həmin şəxslər heç bir zaman diqqətdən kənar qalmır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəki şəhərində bir qrup Birlik əməkdaşı ilə görüşdə bildirib. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktor nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Daha sonra Zaqatala Regional Qaz İstismarı İdarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş və Qəbələ xidmət sahələrinin ümumilikdə 28 əməkdaşı Birlikdə faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Ruslan Əliyev görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.