İQTİSADİYYAT
“Azəriqaz”ın əməkdaşları təbii qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir fakt aşkarlayıblar
Bakı, 4 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları təbii qazdan qanunsuz istifadə, qaz xətlərinə özbaşına müdaxilə ilə bağlı daha bir faktı aşkar ediblər.
Birlikdən AZƏRTAC-a bildirilib ki, paytaxtın Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında Ehtiram Əliyevə məxsus “Boru Keçidi 5” çörəkbişirmə müəssisəsinə 41 min 900 manat debütor borcun ödənilməsi üçün dəfələrlə müraciət olunub. Heç bir ödəniş olunmadığına görə birliyin əməkdaşları müəssisənin qaz təchizatını dayandırıblar. Bundan sonra çörəkbişirmə müəssisəsinin işçiləri rezin boru vasitəsilə qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə ediblər.
“Azəriqaz”ın əməkdaşları qanunsuz qoşulmadan əlavə, qaz sayğacına müdaxilə halını da aşkarlayıblar. Qanunsuz birləşmənin bir neçə dəfə ləğv olunmasına baxmayaraq müəssisənin əməkdaşları yenidən özbaşına şəkildə eyni əməli təkrar ediblər. Debütor borcu ödəmək əvəzinə “Azəriqaz” İB-nin əməkdaşlarını hədələyərək onlara xəsarət yetirməyə çalışıblar.
Birliyin əməkdaşları sözü gedən ünvana yenidən baxış keçiriblər. Qanunsuz qoşulma halı təkrar olaraq aşkar edilib. Bu dəfə qaynaq vasitəsilə həmin qoşma ləğv edilib və müəssisəyə son dəfə xəbərdarlıq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]