İQTİSADİYYAT


“Azəriqaz”ın mühəndisləri rayonlara ezam olunacaq

Bakı, 24 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri sentyabrın əvvəlində bir neçə rayona ezam olunacaqlar.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsilə göstərilməsini təmin etmək məqsədilə “Azəriqaz” İB-nin mühəndisləri sentyabrın 2-də bölgələrdə fəaliyyətə başlayacaq. Qurumun mühəndisləri Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarında 30 təqvim günü müddətində xidmət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.