İQTİSADİYYAT
“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Novxanıda keçiriləcək
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 9-da Abşeron rayonu, Novxanı inzibati ərazisində, yeni yaşayış massivində (Novxanı stansiyasının yanında) “Azəriqaz” İB növbəti “Açıq mikrofon” aksiyasını reallaşdıracaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, səyyarə qəbul otaqları vətəndaşların rahat şəkildə öz problemlərini səsləndirməsi üçün saat 10:00-dan 13:00-a qədər hazır vəziyyətdə olacaq. “Açıq mikrofon” vasitəsilə səsləndirilən problem və təkliflər “Azəriqaz” İB-nin rəhbərliyi tərəfindən araşdırılacaq və həlli istiqamətində müvafiq göstərişlər veriləcək. Burada məqsəd vətəndaş məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.
Prezident İlham Əliyev hər fürsətdə bəyan edir ki, hər bir dövlət qurumunun, hər bir məmurun ən ali işi vətəndaş məmnunluğunu təmin etməkdən ibarət olmalıdır. Səyyar qəbul otaqlarının təşkili məhz bu tapşırığa uyğun şəkildə, mütəmadi olaraq təşkil olunacaq, problemlərin operativ həllinə xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]