İQTİSADİYYAT


“Azəriqaz”ın rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bakı, 28 yanvar, AZƏRTAC

Bu gün “Azəriqaz” İB-nin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Göygöl rayon sakinlərinin müraciətlərini dinləyiblər. Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər də ünvanlanıb.

Baş direktor və müavinləri Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.