İQTİSADİYYAT
“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib
Bakı, 18 sentyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Göygöl rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Goranboy rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Birlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Onlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Müraciətlər zamanı əsasən fərdi şəkildə qaz çəkilişlərinə köməklik göstərilməsi, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bəzi vətəndaşlar isə bundan öncə keçirilən qəbul zamanı onlara qaz çəkilməsi üçün köməklik göstərildiyinə görə təşəkkür ediblər.
Sonda baş direktor R.Əliyev Gəncə Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə qazlaşma ilə bağlı məsələlərin hava şəraitinin kəskin soymasına qədər icra edilməsi barədə tapşırıqlarını verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]