İQTİSADİYYAT


“Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib

Bakı, 23 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Naftalan şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Samux rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Birlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Müraciətlər zamanı əsasən fərdi şəkildə qaz çəkilişlərinə köməklik göstərilməsi, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bəzi vətəndaşlar isə bundan öncə keçirilən qəbul zamanı onlara qaz çəkilməsi üçün köməklik göstərildiyinə görə təşəkkür ediblər.

Sonda baş direktor R.Əliyev Gəncə və Şəmkir Regional Qaz İstismarı İdarələrinin rəhbərliyinə qaldırılan problemlərin hava şəraitinin kəskin soyumasına qədər icra edilməsi barədə göstərişlərini verib. Bundan başqa, ön cəbhədə döyüşlərdə iştirak edən abonentlərin ailələrinin müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.