REGİONLAR


“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Mingəçevir şəhərində keçiriləcək

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Mingəçevir şəhərində keçiriləcək

Bakı, 7 fevral, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Mingəçevir şəhərində təşkil olunacaq. Aksiya Mingəçevir Gənclər Evində baş tutacaq. Səyyar qəbul otağı fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.