İQTİSADİYYAT


“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü paytaxtın Xəzər rayonunda keçiriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Xəzər rayonunda görüşü təşkil olunacaq. Aksiya Zirə qəsəbəsi, Seyid Əzim Şirvani 40 ünvanında (Mədəniyyət Mərkəzi) keçiriləcək.

Səyyar qəbul otağı oktyabrın 7-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.