İQTİSADİYYAT
“Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə iki yeni xidmət təqdim edib
Bakı, 30 noyabr, AZƏRTAC
“Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə daha iki yeni xidmət - “Smart kart tipli sayğaclarda kartın bərpası və yenisinin verilməsi”, “Qeyri əhaliyə üzləşmə aktların verilməsi” xidmətlərini təqdim edib.
Səhmdar Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, hazırda mərkəzlərdə abunəçilər “Borcun olmamasına dair arayışın verilməsi”, “Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi”, “Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması” və “Borcun araşdırılması” xidmətlərindən yararlana bilərlər.
“Azərişıq”da şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqi və bütün əməliyyatların “bir pəncərə” prinsipi əsasında daha da operativ aparılması üçün təkmilləşdirmə işlərinə başlanılıb. Nəticədə ASC tərəfindən göstərilən xidmətlərin proseduru xeyli sadələşdirilib, icra müddətləri azaldılıb. Bundan əlavə, elektrik enerjisi haqlarının ödənilməsində də köhnə stereotiplər aradan qaldırılır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]