REGİONLAR
“Azərişıq” ASC Cəlilabadda yenidənqurma işlərinə başlayıb
Cəlilabad, 25 iyul, Bağır Əliyev, AZƏRTAC
“Azərişıq” ASC Cəlilabad rayonunun elektrik şəbəkələrində yenidənqurma işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 110/35/10 yarımstansiyasında 16 meqavat gücündə olan iki transformator 31,5 meqavat gücündə yeni transformatorlarla əvəzlənib.
Yeni transformatorlar rayonda 36760, o cümlədən Cəlilabad şəhərində 9660, Göytəpə şəhərində 2900, kəndlərdə isə 24200 abonenti fasiləsiz enerji ilə təmin edəcək.
Yenidənqurma işləri çərçivəsində rayonun kəndlərində yeni elektrik xətləri çəkilir, ağac dayaqlar beton dirəklərlə əvəz edilir, müasir transformatorlar quraşdırılır.
Qısa müddətdə Uzuntəpə kəndində 35/10 kilovoltluq yarımstansiya tikilib, Cəlilabad şəhərində 9660, Alar kəndində isə 1700 abonent smart kart tipli sayğaclarla təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]