REGİONLAR
“Azərişıq” ASC Salyan rayonunda genişmiqyaslı yenidənqurma işləri aparır
Bakı, 1 iyun, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsi (RETSİ) ərazisinə daxil olan 2 qəsəbə, 48 kəndi özündə birləşdirən 136 min nəfər əhalisi olan Salyan rayonunda genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün son iki ildə 3 ədəd yeni yarımstansiya inşa edilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gərginliyi 110/35/10 kilovolt (kV), gücü 2x25 MVA olan “Qaraqaşlı”, 35/10 kV gərginlikli, gücü 2x5,6 MVA olan “Kərimbəyli” və gücü 2,5 MVA, gərginliyi 35/6 kV olan “Xurşud” yarımstansiyaları 30 mindən artıq istehlakçının dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatını tam olaraq təmin edib.
Rayon ərazisində 37 ədəd müxtəlif güclü yeni komplekt transformator məntəqəsi istismara verilib.
Hazırda rayonun Xıdırlı, Qaraçala və Kötəl kəndləri, ö cümlədən Ələt qəsəbəsinə yaxın 0,4 kV-luq şəbəkələrin tam yenidən qurulması istiqamətində 2500-ə yaxın abonenti əhatə edən ərazilərdə yenidənqurma və bərpa işləri aparılır.