İQTİSADİYYAT


“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək

Bakı, 8 noyabr, AZƏRTAC 

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.

Təlimlər ASC-nin Tədris Mərkəzində səhmdar cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaq. Noyabrın 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərə bilərlər. Müraciətləri noyabrın 12-dək [email protected] ünvanına göndərmək olar. Seçilən iştirakçılar noyabrın 14-də məlumatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.