REGİONLAR


“Azərişıq” ASC-nin rəhbərliyi Goranboyda vətəndaşlarla görüşüb

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib.

Bu barədə AZƏRTAC-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda Goranboy və Naftalan rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.

Bu gün, həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Bərdədə, bu rayondan və Tərtərdən olan vətəndaşların müraciətini dinləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.