REGİONLAR
“Azərişıq” Bərdənin Mehdili kəndində yenidənqurma işləri görür VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
“Azərişıq” ASC Bərdənin Mehdili kəndində əsaslı şəkildə yenidənqurma işləri aparır.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 320 abonenti olan kənddə yenidənqurma işlərinə başlanılıb. Uzun zaman istismar müddətini keçmiş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdı. Kənddə elektrik enerji sistemini yenidən qurmaq məqsədilə dayaqlar, elektrik veriliş xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırılır. İşlər başa çatdıq sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq, elektrik enerjisi itkilərinin qarşısı alınacaq.
Həmçinin 1980-ci ildə istifadəyə verilmiş 35/10 kilovoltluq “Yeni Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Qeyd edək ki, yarımstansiya Yeni Daşkənd, Şatırli, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]