İQTİSADİYYAT


“Azərişıq”: Elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

Bakı, 18 yanvar, AZƏRTAC

Ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu barədə AZƏRTAC-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, "Azərişıq" ASC-nin əməkdaşları elektrik enerjisinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görüb. Hazırda Bakı şəhəri və bütün rayonlarda əməkdaşlar gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Paylayıcı elektrik verilişi xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin olunub. Qəza təhlükəsi ehtimal edilən ərazilərdə əməkdaşlar qabaqlayıcı tədbir görüblər. Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.