İQTİSADİYYAT


“Azərişıq”: Füzuli və Ağdamın işğaldan azadolma tarixləri abunə kodlarında əks olunacaq

Quba, 9 iyun, AZƏRTAC

Ağdam və Füzuli rayonlarında qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixlərinə uyğun olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Quba "ASAN xidmət" mərkəzində jurnalistlər üçün keçirilən birifinqdə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

V.Mustafayevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır: "Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o deməkdir ki, mövcud abunə kodları var. Lakin hazırda texniki işlər aparılır və tezliklə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçılarının abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixləri öz əksini tapacaq".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.