İQTİSADİYYAT


“Azərişıq” Kəlbəcərdə elektrik enerji xətlərini bərpa edib

Bakı, 20 sentyabr, AZƏRTAC

“Azərişıq” ASC Kəlbəcər rayonunun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-luq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir. Həmçinin yarımstansiyanı qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik verilişi xəttinin dayaqlarının tikilməsi prosesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xəttboyu çəkilən yollar “Daşkəsən” yarımstansiyasınadək uzanır. Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir.

Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni “Əhmədli” yarımstansiyası da inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq “Zağalı” xətti Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.