“Azərişıq” Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
AzerTAg.az

Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqları əsasında “Azərişıq” ASC tərəfindən Kəlbəcərdə çətin relyefə, şaxtalı hava şəraitinə baxmayaraq, fasiləsiz iş görülür. Rayon ərazisində hərbi hissələr və xüsusi dövlət əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təchiz edilib və genişmiqyaslı işlər bu gün də aparılır.
Sovet dövründə belə, elektrik enerjisinin olmadığı ucqar ərazilərdə müasir elektrik şəbəkələr qurulur. Kəlbəcər rayonunun Alagöllər və digər əraziləri ilk dəfə “Azərişıq” tərəfindən elektrik enerjisi ilə təmin edilir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, işlər çərçivəsində 23 kilometrdən artıq 35 kV-luq “İstisu-Alagöllər” birdövrəli kabel xətti çəkilib. 12 kilometrdən çox 35 kV-luq “Çaykənd-Zod” kabel xəttinin çəkilməsi istiqamətində layihələndirmə işləri tamamlanıb, xəttin 7 kilometrdən artıq hissəsi çəkilib və bu istiqamətdə işlər davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var