İQTİSADİYYAT


“Azərişıq” elektrik şəbəkəyə onlayn qoşulma xidmətinə dair təqdimat keçirib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da "Azərişıq" ASC-nin təlim-tədris mərkəzində elektrik şəbəkəyə onlayn qoşulma xidməti barədə təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, ASC-nin İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov son bir ay ərzində "Azərişıq" ASC-nin elektron xidmət portalına 4 mindən çox müraciətin daxil olduğunu bildirib.

Həmçinin "Doing Business" hesabatı çərçivəsində əhali və qeyri-əhali qrupuna daxil olan istehlakçıların şəbəkəyə qoşulmasını asanlaşdırmaq üçün ASC-nin əməkdaşlarının hazırladıqları təlimatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.