İQTİSADİYYAT


“Azərişıq” sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını asanlaşdırıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də “Azərişıq” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli sahibkarlığın inkişafı, beynəlxalq reytinqlər üzrə Azərbaycanın mövqeyinin daha da artırılması üçün görülən və görüləcək işlər barədə danışıb. Bildirib ki, “Azərişıq” sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulmasını daha da asanlaşdırıb: “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana edilən dəyişikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib. Hazırda şəbəkəyə qoşulma prosesi onlayn sorğu vasitəsilə araşdırılır”.

Onun sözlərinə görə, hazırda tələbatı 150 kilovatadək olan obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarın “KOB evləri”, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir: “Mərkəzə yaxınlaşan kimi sahibkar sənədlərini təqdim edir və kilovata uyğun ödənişini edib gedir. Dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış “ASAN portal”a yerləşdirilir. Texniki Şura üzvləri isə 10 gün müddətində xəttin istiqamətini, aidiyyəti qurumlarla razılaşdırılmaları, texniki şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir. Növbəti 10 gündə isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir, sayğac qoyulur, texniki şərt, layihə, akt, müqavilə paketi ikinci prosedur olaraq sahibkara təqdim olunur. Beləliklə, birinci dəfə “ASAN xidmət”ə gələn sahibkarla, ikinci dəfə onun obyektində təmas qurulur. Bununla da, sahibkarla iki təmas olmaqla cəmi 20 gün müddətinə onun obyektinə işıq verilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.