İQTİSADİYYAT


“Azərişıq”ın “Yarımstansiya muzeyi”ndə tələbələrə Bakının enerji tarixi barədə məlumat verilib

Bakı, 19 oktyabr, AZƏRTAC

“Azərişıq” ASC-nin “Yarımstansiya muzeyi”ndə tələbələrə Bakının enerji tarixi barədə məlumat verilib

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 20 oktyabr - Energetiklər Günü ərəfəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsinin tələbələri “Azərişıq”ın Binəqədi rayonunda yerləşən “Yarımstansiya muzeyində” olublar. Muzeydə tələbələrə Bakının qədim və zəngin enerji tarixi barədə məlumat verilib. Bildirilib ki, bir əsr əvvəl, 1914-cü ildə Binəqədidə ilk elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Ağır əl əməyi ilə inşa edilən yarımstansiya binası əsaslı yenidənqurma işlərindən sonra indi artıq “Yarımstansiya-muzey” kimi tanınır. Yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Belə ki, neft sənayesi Bakının enerji təchizatına da böyük təsir göstərib.

Tələbə və müəllimlər muzey binası və eksponatlarla tanışlıqdan sonra bu tipli tədbirlərin həm tarixi, nəzəri, həm də müqayisə baxımından faydalı olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.