İQTİSADİYYAT
“Azərişıq”ın sədri Şəmkirdə vətəndaşlarla görüşəcək
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 23-də saat 10:00-da Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, qəbul Şəmkir şəhəri, Cahangir Əliyev 33 ünvanında yerləşən “Azərişıq”ın Şəmkir İdarəetmə və Nəzarət Mərkəzində keçiriləcək.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Görüşdə iştirak etmək istəyən şəxslər Şəmkir Elektrik Şəbəkəsinə və ya ASC-nin “199” Çağrı mərkəzinə, onlayn isə “[email protected]” elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbulda müraciətlər yalnız “Azərişıq”ın fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
COVID-19 infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.