İQTİSADİYYAT


“Azəristiliktəchizat” 2005-2019-cu illərdə 172 istilik mənbəyi yaradıb VİDEO

Bakı, 14 noyabr, AZƏRTAC 

2005-2019-cu illərdə “Azəristiliktəchizat” ASC tərəfindən 172 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-dək qazlaşma layihəsi icra olunub, 1900-dən çox yaşayış binasında, 400-dən artıq məktəb, təhsil və səhiyyə müəssisələrində istilik sistemləri bərpa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı və respublikanın regionlarında 600-dək qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə obyekti və 1300-dən çox digər sosial obyekt “Azəristiliktəchizat” ASC –nin xidmət zonasına daxil edilməklə istiliklə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.