İQTİSADİYYAT


“Azəristiliktəchizat”: Günün sonunadək bütün yaşayış binaları və sosial obyektlər istiliklə təchiz olunacaq

Bakı, 19 noyabr, AZƏRTAC

“Azəristiliktəchizat” ASC abonentlərə müraciət edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 2020/2021-ci illər payız-qış mövsümünün başlanması ilə əlaqədar “Azəristiliktəchizat”a məxsus bəzi qazanxana və istilik məntəqələrinin işə salınmasında ləngimələr baş vermişdi. Bununla əlaqədar olaraq “Azəristiliktəchizat” ASC abonentlərdən üzr istəyir və bildirir ki, hazırda bütün qazanxana və istilik məntəqələri tam işə salınıb, günün sonuna kimi bütün yaşayış binaları və sosial obyektlərin istiliklə təchiz edilməsi təmin olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.